Quba Turizm İnformasiya Mərkəzi Quba Mərkəzi Kitabxana Sistemi ilə birgə "Səyyar kitabxana" layihəsi çərçivəsində tədbir həyata keçirib. SİA-nın verdiyi xəbərə görə, Qubada fəaliyyət göstərən "Retro" istirahət mərkəzində təşkil edilən kitab sərgisində Azərbaycan dili və xarici dillərdə çap olunan bədii və elmi ədəbiyyat ilə yanaşı, Quba TİM və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap etdirilən bukletlər, tur proqramlar, kitabçalar və s. nümayiş etdirilib. Tədbirin keçirilməsi əhali arasında kitaba və mütaliəyə marağın artırılması məqsədini daşıyır. İstirahət mərkəzində təşkil edilən kitab sərgisi orda istirahət edən yerli və xarici turistlərin böyük marağına səbəb olmuş, bu layihəni bəyəndiklərini bildiriblər.
Qeyd edək ki, "Səyyar kitabxana" layihəsi çərçivəsində tədbirlərin başqa mehmanxana və mehmanxana tipli turizm obyektlərində keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB