"Yurdum, yuvam, məskənimsən Azərbaycanım” FOTOLAR

Lənkəranda silsilə tədbirlərə start verilib
"Yurdum, yuvam, məskənimsən Azərbaycanım” FOTOLAR

Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Q.Vəliyev adına Mədəniyyət Mərkəzi "Yurdum, yuvam, məskənimsən Azərbaycanım" adlı silsilə konsert tədbirlərinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, iİlk tədbir iyulun 28-də Q.Vəliyev adına Lənkəran Mədəniyyət Mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzi direktoru Hafiz Mirzə açaraq keçiriləcək silsilə tədbirlər haqqında məlumat verib, bu mövzuda tədbirlərin Mədəniyyət Mərkəzinin bütün filiallarında keçiriləcəyini bildirib.

Sonra çıxış edən Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli keçirilən mədəni-kütləvi tədbirlərin əhəmiyyətindən danışmış, bu işdə hər bir mədəniyyət işçisinin fəal olmasının vacibliyini vurğulayıb.

Tədbir mədəniyyət işçilərinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib. Mədəniyyət işçilərindən Vüsal Ağayev, Elgün Əlizadə, Rəhim Hüseynov, Kənarmeşə kənd sənətkarlıq evinin dərnək üzvlərinin ifasında şən mahnılar səslənib, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin "Çölləmə", Girdəni kənd diyarşünaslıq evinin "Vənəşə", Boladı folklor klubunun rəqs kollektivlərinin, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin maraqli nömrələri tamaşaçıların marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə