İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s.a.s) uşaqlıq illərindən bəhs edən "Hz.Məhəmməd: Alllahın elçisi" filminin təqdimatı olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, daha öncə İranda rəsmi təqdimatı olan film, 28 oktyabrdan etibarən digər ölkələrdə də premyerası olacaq.
İranlı rejissor Məcid Məcidinin ssenarisi əsasında çəkilən filmdə Məhəmməd peyğəmbərin doğuşundan 12 yaşına qədər olan illərindən bəhs edilir. Həmin dövrdəki hadisələr Məkkədə cərəyan edib. Filmi 3 dəfə Oskar mükafatına layiq olan İtalyan operatoru Vittorio Storaro çəkir.
Filmdə Əli Rza Şücanuri (Abdulmuttalib), Mehdi Pakdel (Əbu talib), Panteha Mehdiniya (Fatimə binti Əsəd), Mina Sadeti (Aminə), Sara Bayat (Həlimə Sadiyə) və Möhsün Tenabende (Yəhudi Tacir Samuel) kimi aktyorlar rol alıblar.
Qeyd edək ki, 40 milyon dollara çəkilən bu ekran işi, İran tarixinin ən bahalı filmidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB