Milli Kitabxanada treninq FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında Milli Kitabxananın Treninq Mərkəzində "Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində kitabxananın trenerləri tərəfindən tədris olunan "İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi", "ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları", "Milli Kitabxananın innovativ onlayn xidmətləri" mövzularında treninq təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, treninqdə Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak ediblər. Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar. Sonda müdavimlərə sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə