Samarada Mstislav Rostropoviçə musiqi festivalı həsr etdilər

Samarada Mstislav Rostropoviçə musiqi festivalı həsr etdilər

Rusiyanın Samara şəhərində Mstislav Rostropoviçə həsr olunur IX musiqi festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, oktyabrın 4-5-də olacaq festival Mariya Teatrının bədii rəhbəri və direktoru Valeri Gergiyevin və Samara vilayəti hökumətinin təşəbbüsü ilə təşkil edilir. Samara Akademik Opera və Balet Teatrının səhnəsində adıçəkilən teatrın simfonik orkestri V. Gergiyevin dirijorluğu ilə çıxış edəcək.

Dünya şöhrətli violonçelçi, həmyerlimiz Mstislav Rostropoviçin müstəsna istedadı və tükənməz enerjisi, şəxsiyyəti onu klassik musiqi tarixinin görkəmli nümayəndələrindən birinə çevirib. O, dünyanın 30-dan çox ölkəsinin 130-dan çox mükafatına layiq görülüb. M.Rostropoviç özünü iki böyük musiqiçinin – Sergey Prokofyev və Dmitri Şostakoviçin şagirdi və dostu hesab edib, dünya ölkələrində onların əsərlərini violonçeldə səsləndirib, habelə bu əsərlərə dirijorluq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə