Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi və ölkənin ən nüfuzlu mədəniyyət müəssisələri ilə görüşlər keçirib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyada təlim səfərindədir. Nümayəndə heyətinə Nazirliyin Aparatının rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Tvinninq Layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə şöbənin əməkdaşları daxildir.
Səfər çərçivəsində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirilib. Florensiyanın məşhur Uffiçi qalereyasının direktoru cənab Anke Şmidt və Toskana Muzeylər Şəbəkəsinin direktoru Stefano Kaşu ilə görüş baş tutub. Görüş zamanı Toskana bölgəsində yerləşən muzeylərin fəaliyyəti, onların inkişafı haqqında müzakirələr aparılıb. Cənab Şmidt həm Tvinninq layihəsi çərçivəsində, həm də birbaşa muzeylərlə əməkdaşlığın qurulmasına hazırlığını bildirmişdir. Daha sonra Uffiçi qalereyasında Nazirliyin əməkşdaşları üçün geniş ekskursiya təşkil olunub. Qeyd etmək lazımdır ki, Şah İsmayıl Xətainin məşhur portreti Uffiçi qalereyasında saxlanılır və sərgi sahəsində nümayiş olunur.
Florensiyanın "Oblate" kitabxanasında "Kitabxanalar, arxivlər və tədbirlər" xidmətinin rəhbəri Luana Nençoni ilə kitabxana və tarixi arxivlərin idarə edilməsində Florensiya bələdiyyəsinin vəzifə və tapşırıqları mövzusunda görüş keçirilib. Kitabxananın meneceri Graçia Asta tərəfindən "Oblate" kitabxanasının fəaliyyətinin təqdimatı və kitabxananın ziyarəti təşkil olunub. Roma şəhərində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyində "Muzeylər və mədəni İrsin Təbliği, Planlaşdırılması və Büdcəsi" rəhbərliyi departamentinin müdiri cənab Manuel Roberto Guido ilə görüş keçirilib. Görüş zamanı İtaliyanın muzeylərinin fəaliyyəti barədə geniş müzakirələr aparılmışdır, əməkdaşlıq üçün yeni imkanlar araşdırılıb. İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin əməkdaşları 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.
Xatırladaq ki, "Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" tvinninq layihəsi 2016-cı ilin fevral ayında fəaliyyətə başlayıb. Bu təlim səfəri layihənin 1.3. Fəaliyyət mərhələsini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB