Sumqayıt şəhər Mədəniyyət idarəsi yeni layihəyə start verib FOTOLAR
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi yeni layihəyə start verib. SİA-nın verdiyi xəbərə görə, yeni açılan turizm obyektlərində əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə mədəniyyət müəssisələri davamlı olaraq konsert proqramı ilə çıxış edəcəklər. İlk belə layihə Goradildə Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" istirahət mərkəzinin açılışı zamanı həyata keçirilib.
Tədbirdə C.Cabbarlı adına mədəniyyət evinin, Şəhər Mədəniyyət evinin və Corat qəsəbə mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvləri Zaur Yusifli, Kamil Ağazadə, Günay Sadıqova, Sevda Akkaya, Ravin Əliyevin ifasında bəstəkar və xalq mahnıları hərbçilər tərəfindən alqışlarla qarşılanıb. Kamil Ağazadənin hazırladığı shou proqram uşaqların böyük marağına səbəb olub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB