Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Azərbaycanı Brusseldə keçirilən Beynəlxalq kamera musiqisi festivalında təmsil edirlər. SİA-nın verdiyi xəbərə görə, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri Azərbaycanı təmsil etmək üçün hər il Brusseldə keçirilən "Musica Mundi" Beynəlxalq kamera musiqisi festivalına yollanıblar.
İyulun 17-dən 31-nə kimi keçiriləcək festivalın əsas məqsədi 10-18 yaşlı dünyanın müxtəlif ölkələrindən olan gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsidir.
Səfərdən əvvəl Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin direkroru, əməkdar artist Əziz Qarayusifli başda olmaqla məktəbin bir qrup istedadlı şagırdlərindən sayılan Əliyeva Nərgizi (fortepiano), Əliyeva Zərrini (skripka), Tağızadə Elnarəni (alt) və Orxan Hüseynovu (violançel) qəbul edərək onlara uğur və qələbə arzulayıb. Şagirdlər də öz növbəsində Vətənimizi beynəlxalq festivalda layiqincə təmsil edəcəklərinə söz veriblər.
Qeyd edək ki, festival "Château du Lac"-da qala konsert və Maksim Venqerov, İrvi Qitlis, Menaxem Pressler, Nikolas Angelix, Mikloş Perenyi, Aleksandr Qavrilyuk kimi dünya musiqi elitası nümayəndələri tərəfindən imzalanmış təhsil sertifikatlarının təqdimatı ilə yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB