Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yeni "Retro Bakı" layihəsinə davam edir. SİA-nın verdiyi xəbərə görə, layihənin növbəti konsertləri baş tutub. İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və musiqi nömrələrini dinləyiblər.
Bu həftə "Retro Bakı"da məşur şanson mahnıların ifaçısı Ceyhun Bakinski, Ülkər Quliyeva, Nihad Məlik, Ani Musaqi, Tural Atayev, "Nabadi" gürcü folklor ansablı, "Stage Forever" gitaraçalanları, "Meqas", "Bakı" Estrada qrupları, Səma rəqs ansablı maraqlı çıxışlarını təqdim ediblər.
Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları ilə oktyabırın ortalarınadək davam edəcək.
Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkil olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB