V.Mayakovski adına Moskva Akademik Teatrının kollektivi Bakıda S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, V.Mayakovski adına Moskva Akademik Teatrının qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin "Bolşiye qastroli-2016" proqramı çərçivəsində reallaşacaq.
Rusiyalı aktyorlar noyabrın 17-18-də N.Qoqolun "Evlənmə", 19-20-da Maryus İvaşkyaviçyusun "Rus romanı" tamaşasını nümayiş etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB