Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə xatırlanır. SİA-nın verdiyi xəbərə görə, bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 47-ci ildönümü münasibəti ilə Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər parkında konsert proqramı təşkil olunub. Konsertdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak edib. Tədbirdə Yengiyan kənd mədəniyyət evinin "Qala" ansamblının, "Gənclər qrupu"nun, Suvagil kənd folklor klubunun mədəni təşkilatçısı Vüqar İsgəndərlinin, Muğanlı kənd mədəniyyət evinin müdiri Şaiq Əlixanovun, Rayon Mədəniyyət Mərkəzinin dərnək üzvlərinin ifasında müxtəlif musiqi nömrələri dinlənilmiş, "Əfsanə", "Can bala" rəqs qruplarının rəqsləri nümayiş olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB