Kukla Teatrı mövsümü başa vurdu

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir teatr mövsümünü uğurla başa vurub. SİA-nın verdiyi xəbərə görə, teatrda toplantı keçirilib. Tədbirdə çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə mövsümün uğurlu yekunu ilə bağlı kollektivi təbrik edib.

Daha sonra mövsüm boyu uğurlu fəaliyyəti ilə seçilən teatrın əməkdaşları Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Elnur Abasquliyev, Aygül Ağayeva və başqalarına fəxri fərmanlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə