Metronun Gənclik stansiyasında “Azərbaycan kinosu” nümayiş olundu FOTOLAR
Bu gün metronun Gənclik stansiyasında Azərbaycan filmlərinə həsr olunmuş sərgi açılıb. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq sərgi "Metro Galery" layihəsi çərçivəsində baş tutub.
Jurnalistlərə bu haqda açıqlama verən "Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sərgidə köhnə Azərbaycan filmlərindən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunduğunu söyləyib: "Növbəti sosial mövzulu sərgimizi həyata keçirdirik. Bu gün ki, sərgimizin adı "Azərbaycan kinosu" adlanır. Ümumilikdə 92 əsər sərgilənir. Sərgidə təqdim olunanalar köhnə Azərbaycan filmlərindən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolardır. Onu da deyim ki, avqust ayının 2-si Azərbaycanda Azərbaycanda Milli Kino günüdür. Bu sərgi həmin günlə də bağlı olaraq sərgilənir. Sərgi 6 ay sərnişinlərin ixtiyarında olacaq. Paytaxt sakinləri sərgi baxmaq üçün Gənclik stansiyasına gələ bilərlər. Bütün sənət sevərlər sərgimizə dəvətlidir.
Bildiyinizi kimi, bu günə qədər metronun Nəriman Nərimanov və Gənclik stansiyalarında dünya məşhurlarının qələmə aldığı rəsm əsərləri, foto sərgilər təşkil etmişik. Gələcək də metronun Nəriman Nərimanov stansiyasında növbəti sərgimizi təqdim etməyi planlaşdırırıq".






.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB