“Buz dövrü: toqquşma qaçılmazdır”

“Buz dövrü: toqquşma qaçılmazdır”

İyulun 14-dən etibarən Nizami Kino Mərkəzində ABŞ-ın "Bərabərlər" bədii və "Buz dövrü: toqquşma qaçılmazdır" 3d animasiya filmlərinin nümayişi başlanıb. SİA-nın verdiyi xəbərə görə, "Buz dövrü: toqquşma qaçılmazdır" animasiya filmini Maykl Berqin ssenarisi əsasında rejissor Mayk Termayer məcaralı komediya janrında çəkib. Sloqanı: "Onun üçün kiçik addım. Hər kəs üçün böyük problem" Yaş həddi:6+

Daim ondan qaçan palıd qozasını ələ keçirmək istəyən Skrat təsadüfən Açıq Kosmosa eniş edir. Orada bir sıra kosmik hadısələrə səbəb olması Buz dövrünün dəyişməsinə və təhkükəsinə gətirir. Xilas olmaq üçün Sid , Meni, Diego və digər heyvanlar evlərinin tərk edərək uzun yola çıxırlar. İrəlidə onları əsrarəngiz məkanlar və yeni tanışlıqlar gözləyir.

Rollarda Nik Offerman, Adam Divayn, Saymon Peqq, Cennifer Lopes, Melissa Rauş, Stefani Beatriz, Con Lequizamo, Maks Qrinfild, Şonn Uilyam və Denis Liri çəkiliblər.

"Bərabərlər" filmi dram, melodram və fantastika janrında çəkilib. Rejissoru Dreyk Dorimus ssenari müəllifi Neytan Parkerdir. Filmin sloqanı: "Sevgidə hammı bərabərdir" Yaş həddi: 16+

Film, yeni dünyada yaşayan Saylesdən və gələcəyin "Kollektiv" adlanan həyat tərzindən bəhs edir.

Filmdə baş rollara Nikolas Holt, Kristen Styuart, Qay Pirs, Ceki Uiver, Tobi Hass, Devid Selbi, Keyt Lin Şeyl, Rebbeka Hezlvud,Teo Yu və Avrora Perinyo çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə