Alim Qasımov qızı ilə birgə İngiltərənin SOAS Universitetində ustad dərsləri keçib
Azərbaycanın xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova İngiltərənin SOAS Universitetində ustad dərsləri keçiblər. SİA-nın verdiyi xəbərə görə, dünya şöhrətli muğam ustadının ustad dərsləri pulsuz təşkil edilib. Daha çox ingilisdilli auditoriya üçün nəzərdə tutulan ustad dərslərində tanınmış müğənnilərimizin ifasında Azərbaycan musiqiləri səslənib və milli musiqimizin incəliklərindən söhbət açılıb.
Qeyd edək ki, səfər çərçivəsində ustad sənətkar qızı ilə birgə Londonun "Wiqmore" konsert salonunda konsert proqramı ilə də çıxış edib. Konsertdə ənənəvi olaraq, bir sıra muğamlar, təsniflər və müxtəlif bəstəkar mahnıları səsləndirilib.
Konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edib.
Səfər iyunun 15-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB