Sumqayıtda Şəhər Mədəniyyət Evində şair Ənvər Əlibəylinin 100 illik yubileyinə həsr olunmuş "Sətirlərdə döyünən ürək" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə bədii qiraət dərnəyinin üzvü Tuncay Hüseynovun ifasında şairin Türkan kəndinə ithaf etdiyi "Kəndimiz" şeri, o cümlədən, aparıcılar Türkan Mahmudova və Əlipaşa Paşayevin ifasında "Nəğmələr", "Dalğalar arasında" şeirləri maraqla dinlənilib.
Tədbirdə həmçinin mədəniyyət evinin "Zəminxarə" ansamblının müşayiəti ilə Mehman Əhmədovun ifasında "Neylərəm unutmusan", "Gəlmədin", Vüsalə Hüseynovanın ifasında "Söz olmasaydı", Şahin Qədirsoyun ifasında "Dostluq nəğməsi", Elvin Qasımovun ifasında "Xatirə", Kamil Ağazadənin ifasında "Bağçadan keçmisən" mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir özfəaliyyət kollektivinin üzvləri Kamil Ağazadə və Elvin Qasımovun ifasında "Azərbaycan" mahnısının ifası ilə sona yetib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB