Saatlıda “Multikulturalizm alternativsiz həyat tərzidir”

Saatlıda “Multikulturalizm alternativsiz həyat tərzidir”

Saatlı Dövlət Rəsm Qalereyasında "Multikulturalizm alternativsiz həyat tərzidir" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Rəsm Qalereyasının bələdçisi Zahidə Soltanova qeyd olunan mövzu barədə ətraflı məlumat verib. O öz çıxışında bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etməklə dünyaya sülh mesajı verib. Eyni zamanda, bu addımla bir daha təsdiq olunub ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgə yaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır. Tədbirdə Bakıda yaşamış gürcü rəssamı Beno Samalaşvili və yerli rəssamların 21 rəsm əsəri, dərnək üzvlərinin 23 rəsm əsəri, dərnək üzvlərinin 24 toxuma əl işləri sərgilənib. Tədbirdə Bakıda yaşamış gürcü rəssamı Beno Samalaşvili və yerli rəssamların 21 rəsm əsəri, dərnək üzvlərinin 23 rəsm əsəri, dərnək üzvlərinin 24 toxuma əl işləri sərgilənib. Tədbirdə mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə