"Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” FOTOLAR
Gəncə şəhərinin Məhsəti Gəncəvi Mərkəzində "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının müzakirəsinə həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə uyğun olaraq klassik ədəbiyyətımızda əsrlər boyu formalaşan multikultural münasibətləri özündə əks etdirən "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" adlı kitab nəşr edilib.
Konfransın aparıcısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək bu istiqamətdə nazirlik tərəfindən görülmüş işlər haqqında geniş məlumat verib.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri, Mingəçevir, Yevlax, Naftalan, Şirvan şəhər, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Goranboy, Kəlbəcər və digər rayon mədəniyyət və turizm şöbələrinin rəhbərləri öz nümayəndə heyəti ilə birlikdə iştirak edib.
Qeyd edək ki, ölkədə multikultural ənənələrin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş şəkildə təbliğ olunması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2016-cı il "Multikulturalizm ili" elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB