Azərbaycan Moskvada keçirilən festivalda FOTOLAR

Azərbaycan Moskvada keçirilən festivalda FOTOLAR

Moskvada Milli Mətbəx Festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi təmsil edib. Şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxləri nümayiş olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, festivalda ASGA–nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan iştirakçılara və qonaqlara milli mətbəximiz haqqında məlumat veriblər. Tədbirdə iştirak edən Moskva meriyasının rəsmiləri, Dövlət Dumasının deputatları və digər rəsmi şəxslər Azərbaycan mətbəxinin nümunələri ilə tanış olublar.

Tədbirin sonunda Azərbaycanı festivalda təmsil edən ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiliyə şəhərin ictimai-siyasi həyatında fəal iştirak, Azərbaycanın milli mətbəxini yüksək səviyyədə təqdim etdiyinə görə şəhər rəhbərliyi adından fəxri diplom və mükafat təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə