Xalq rəssamının 90 illiyi ilə bağlı sərgi olacaq

Xalq rəssamının 90 illiyi ilə bağlı sərgi olacaq

Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgi açılacaq. Nazirlikdən SİA-ya bildiriblər ki, Azərbaycan Milli İncəsənət Muzeyində iyulun 15-də baş tutacaq sərgi iyulun 20-dək davam edəcək.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri nümayiş olunacaq. Həmçinin rəssamın illər öncə yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş olunmayan bir neçə əsəri də sərgilənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə