Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə "Mənim Yay Tətilim" adlı respublika uşaq rəsm sərgisi keçirir. SİA-nın verdiyi xəbərə görə, iştirak etmək istəyən uşaqlar əsərlərini iyulun 30-a qədər Xətai Sənət Mərkəzinə təqdim etməlidir.
Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək. Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını arzu edərdik.
Sərgi Azərbaycanın bütün bölgələrini əhatə edir.12 yaşa qədər uşaqlar iştirak edə bilər. Mövzu sərbəstdir. İştirakçılar diplomla təltif olunacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB