Kinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib

Kinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətinin növbəti iclası keçirilib. İttifaqın mətbuat xidmətindən SİA-ya bildirilib ki, ARKİ-nin sədri, xalq artisti Şəfiqə Məmmədova idarə heyətinin iclasında 2 avqust - Milli Kino Günü ilə bağlı hazırlıq və təşkilati işlərdən danışıb, əlamətdar günün kinematoqrafçılar üçün vacib olduğunu söyləyib.

İttifaqın icra katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev qurumun fəaliyyəti barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra ittifaqın idarə heyəti üzvləri Xalq artistləri Eldar Quliyev və Oqtay Mirqasımov, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinorejissor Ayaz Salayev çıxış edərək kinematoqrafçıların peşə bayramı gününün rəngarəng tədbirlərlə qeyd edilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə