Lənkəranda əyləncəli tədbir keçirilib FOTOLAR

Lənkəranda əyləncəli tədbir keçirilib FOTOLAR

Lənkəranın turizm potensialının təbliğ olunması və daha çox turistin istirahət mərkəzlərinə cəlb olunması ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə iyulun 4-də "Palıdlı Sahil" turizm istirahət mərkəzində turistlər üçün axşam saatlarında əyləncəli tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində Mərkəz tərəfindən Lənkəranın turizm potensialıını əks etdirən fotoların sərgisi təşkil olunub, Mərkəzin direktoru İlqar Əzimov Lənkəranın turzm potensialı ilə bağlı geniş məlumatlar verib.

Tədbirin bədii hissəsində turistlər üçün viktorina və diskoteka təşkil edilib, yerli sənətkarların ifasında populyar mahnılar ifa olunub. Tədbir iştirakçılarına Turizm İnformasiya Mərkəzi tərəfindən hazırlanmış Lənkəranın turizm potensialıını əks etdirən bukletlər və flayerlər paylanılıb. 100 nəfərdən çox turistin iştirak etdiyi tədbir 2 saata yaxın davam edib.

Tədbir Region tv telekanalı tərəfindən işıqlandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə