Cəlilabad şəhərində 1 saylı şəhər kitabxana filialının inzibati binası əsaslı təmir və yenidən qurma işlərindən sonra oxucuların ixtiyarına verilib. SİA-nın verdiyi xəbərə görə, açılışda rayon İcra Hakimiyyəti rəhbərliyi, rayon ictimaiyyət nümayəndələri və kitabxananın oxucuları iştirak edib. Kitabxanada əsaslı təmir və yenidən qurma işləri Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin, rayonun iş adamları və sahibkarlarla apardığı söhbət sayəsində onların köməkliyi ilə aparılıb. Kitabxanada yeni oxucuların cəlb olunması və oxucuların səmərəli mütaliəsini təşkil etmək üçün pulsuz xidmət göstərən "BOOKCAFE" yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB