Musiqili Teatr mövsümü bu tamaşa ilə başa vuracaq

Musiqili Teatr mövsümü bu tamaşa ilə başa vuracaq

Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümünə iyulun 17-də yekun vuracaq. Qurumun mətbuat xidmətindən SİA-ya bildirilib ki, sona çatmaqda olan mövsüm boyu teatrda bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları yerli və Beynəlxalq müsabiqələrdə iştirak ediblər, səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Cari mövsümün bağlanış günü – saat 19.00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə