“Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər üç dildə nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının "Dədəm Qorqud belə demiş" kitabı üç dildə nəşr olunub. Muzeydən verilən məlumatda deyilir ki, nəşrdə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanındakı aforizmlər, hikmətli sözlər, müdrik kəlamlar ilk dəfə Azərbaycan, ingilis və rus dillərində dərc olunub. Kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli nəşrə "Qorqud atanın müdrikliyi" adlı "Ön söz" yazıb.
Toplunun elmi məsləhətçisi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB