"2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq hazırlanan Tədbirlər Planına əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan multikulturalizminin qaynaqları seriyasından "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı hazırlanıb, yenicə oxucuların ixtiyarına verilib. SİA-nın verdiyi xəbərə görə, 28 iyunda Qəbələ rayonunda adı çəkilən kitabın yerlərdə oxuculara tanıdılması məqsədi ilə təqdimat mərasimi keçiriləcək. Qəbələ rayonu ilə yanaşı Şəki şəhəri, Oğuz, Qax, Zaqatala və Balakən rayon ictimaiyyətlərinin qatılacağı tədbirdə Filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədli və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin aparıcı məsləhətçisi Lalə Məmmədova iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB