Qarşıdan gələn 26 iyun "Silahlı qüvvələr günü" ilə əlaqədar "N" saylı hərbi hissədə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, respublikanın tanınmış xanəndələri və xalq artistlərinin iştirak etdiyi tədbirdə Füzuli Dövlət Dram teatrının aparıcı aktyorları, Vaqif Rəhimov, Məryəm Məmmədova, İntizar Quliyeva, Əli Hüseynov, Qaçaq Qarayev, Sehran Xanlarov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və digərlərinin ifasında teatrın repertuarında olan N.Vəzirovun "Hacı Qəmbər", S.Axundovun "Bəndalı bəndə düşüb", Ş.Qurbanov "Olmadı elə, oldu belə" komediyalarından parçalar təqdim olunub.
Səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB