Bulvarda rəqs etmək istəyənlərin nəzərinə!

Bulvarda rəqs etmək istəyənlərin nəzərinə!

Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı hər həftəsonu yenidən fəaliyyətə başlayır. SİA-nın verdiyi xəbərə görə, rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur.

Tədbirlərdə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

Qeyd edək ki, rəqslər 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən "Formula 1" Qran Pri yarışı ilə əlaqədar bağlı olması səbəbilə bir müddət keçirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə