Həvəskar rəssamın əl işlərindən ibarət fərdi sərgi təşkil olunub

Həvəskar rəssamın əl işlərindən ibarət fərdi sərgi təşkil olunub

Qəbələ rayonunda yay mövsümündə xarici və yerli turistlərə mədəni xidmətlərin təşkilinə dair tərtib olunmuş tədbirlər planına əsasən Qəbələ Dövlət Rəsm Qalereyası silsilə tədbirlər təşkil edir. SİA-nın verdiyi xəbərə görə, istirahət və əyləncə mərkəzinin birində həvəskar rəssam Ruzanna Bəşirovanın əl işlərindən ibarət fərdi sərgi təşkil olunub. Sərgi rayon ictimaiyyəti və qonaqlar tərəfindən maraqla qarşılanıb. Canlı musiqi və rəqslər sərgini daha da canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə