"Şahdağ" Turizm Mərkəzi ilk üçlükdədir

"Şahdağ" Turizm Mərkəzi ilk üçlükdədir

Rusiyanın ən məşhur turizm saytlarından biri olan "turstat.com"un araşdırmasına əsasən, "Şahdağ" Turizm Mərkəzi yay turizmi və dağ gəzintilərinin - trekkingin əlverişli olduğu turizm mərkəzləri arasında ilk üçlükdədir. SİA-nın verdiyi xəbərə görə, təsnifat zamanı mərkəzlərdə mövcud olan infrastruktur və hotellər, o cümlədən mərkəzə çatma üsulları nəzərə alınıb.

Göstərilmişdir ki, "Şahdağ" Turizm Mərkəzi beynəlxalq hava limanından uzaqda yerləşsə də, Soçinin "Krasnaya Polyana" kurortu ilə rəqabət apara biləcək gücdədir.

Məqalədə göstərilir ki, Şahdağda istirahət edənlər üçün trekkinqdən əlavə seqvey, bob-kart, kvadrosikl, trottinet, ziplayn, atla gəzinti kimi çoxsaylı yay əyləncələri də mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə