Rusiya Federasiyasının Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət və turizm əməkdaşlığı üzrə İşçi qrupunun birgə iclası öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin müdiri Aydın İsmiyev, həmin şöbənin böyük məsləhətçisi Cavid Abdullayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.
Görüşlər çərçivəsində QDİƏT-ə üzv ölkələrdə davamlı turizm sahəsində ən yaxşı təcrübələrin tətbiqi, təşkil edilən turizm tədbirləri və sərgilərində qarşılıqlı iştirak, turizmin xüsusi növləri üzrə əməkdaşlığın qurulması və bir sıra digər mühüm məsələlər müzakirə edilib, mədəniyyət və turizm nazirlərinin konfransı üçün müvafiq gündəlik təsdiq edilib.
Məlumat üçün bildiririk ki, QDİƏT-ə üzv dövlətlərin mədəniyyət və turizm nazirlərinin konfransı 23 iyunda Soçi şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB