Zaqatalada “Dünyanı, insanları fəlakətdən qoruyaq” FOTOLAR

Zaqatalada “Dünyanı, insanları fəlakətdən qoruyaq” FOTOLAR

Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi kitabxanasında "Narkomaniya və narkobiznes günü"nə həsr olunmuş "Dünyanı, insanları fəlakətdən qoruyaq" adlı konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Zaqatala rayon Mərkəzi xəstəxanasının narkoloq həkimi Etibar Məmmədov iştirak edib.

Tədbiri giriş sözü ilə ZMK-nin direktoru Gülniyar xanım Məmmədova açıb. Daha sonra "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı filmə baxılıb. "Ağ ölüm haqqında ümumi anlayış" adlı məruzə ilə oxu zalının informasiya-texnologiyaları üzrə mütəxəssisi Günəş Qafarova, "Dünyanı, insanları fəlakətdən qoruyaq" adlı məruzə ilə abonoment şöbəsinin müdiri Məmləkət Ömərova, "Narkomaniya: bu dəhşətli ağ ölüm" adlı məruzə ilə Mərkəzi kitabxananın baş kitabxanaçısı Gülmə Balaxlinskaya, "Gəncliyi "ağ ölüm"ün ağuşuna atan əsas səbəb nədir?" adlı məruzə ilə informasiya-resurs şöbəsinin müdiri Leyla Mustafayeva çıxış ediblər. Zaqatala rayon Mərkəzi xəstəxanasının baş narkoloq həkimi Etibar Məmmədov narkomaniya və onun fəsadları haqqında ətraflı məlumat verib və qeyd edib ki, bu bəladan övladlarımızı qorumaq üçün onları erkən yaşlarından maarifləndirmək lazımdır.

Qeyd edək ki tədbir sonunda həkim narkoloq tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə