"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və YARAT təşkilatının dəstəyi ilə Hindistanın Bakıdakı səfirliyi tərəfindən "Yoqa həftəsi"nə start verilib. SİA-nın verdiyi xəbərə görə, festival çərçivəsində artıq İçərişəhərdə açıq havada və Suraxanıda yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda yoqa sessiyası keçirilib.
"Yoqa həftəsi" çərçivəsində Bakı və Gəncədə yerləşən müxtəlif yoqa təsisatları tərəfindən də bir sıra tədbirlər təşkil olunacaq.
Hindistan səfirliyindən bildirilib ki, yeni başlayan və müntəzəm yoqa ilə məşğul olan şəxslər bu sessiyalara qoşula bilərlər. Yoqa mərasimləri iyunun 26-da YARAT Müasir İncəsənət Məkanında Yoqa Şahi Studiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbirlə yekunlaşacaq.
Həftə ərzində iştirakçılara yoqaya dair mühazirələr oxunacaq, Hindistan musiqisi və rəqsləri ilə yanaşı, ölkənin mətbəxi barəsində də ətraflı məlumat veriləcək. Tədbirlərə giriş sərbəstdir və ictimaiyyətə açıqdır.
Qeyd edək ki, Hindistandan başlanğıcını götürmüş yoqa praktikası 2014-cü ilin dekabrında BMT Baş Assambleyasında 21 iyunun Beynəlxalq Yoqa Günü elan edilməsi ilə qeyd olunmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB