"Saşar Zərif" rəqs teatrı "Hərəkət edən xatirələr-2: Muğam rəqsi təcrübənin izi ilə" proqramını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, proqrama teatrın iki yeni işi ilə yanaşı, "Oyan!" adlı əsər də daxildir. Sözügedən əsər Saşar Zərifin görkəmli bəstəkar Firəngiz Əlizadə ilə birgə zəhmətinin bəhrəsidir. İnsanın daxili aləminə səyahəti əks etdirən əsər muğam, şeiriyyat, musiqi və rəqsin müasir məzmunla uyğunlaşmasıdır.
Tanınmış ifaçılar Elnur Mikayılov və Mirələm Mirələmov bu əsərin ifa olunmasında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB