Azərbaycan tamaşaçıları “Buzlar diyarı”nda

Azərbaycan tamaşaçıları “Buzlar diyarı”nda

Azərbaycanda "Buzlar diyarı" adlı yeni tamaşa hazırlanır. SİA-nın verdiyi xəbərə görə, Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin birgə layihəsidir.

Müştərək layihə çərçivəsində hazırlanan tamaşanın geyim və dekorasiya eskizləri Gürcüstanda hazırlanacaq. Gürcü rejissorun hazırladığı "Buzlar diyarı" tamaşası seyrçilərə Azərbaycan və rus dillərində təqdim olunacaq. Hazırda pyesin mətni Azərbaycan dilinə tərcümə olunur.

Tamaşada ən son səhnə texnologiyalarından və müasir audio-vizual vasitələrdən istifadə olunması nəzərdə tutulub. İnteraktiv oyun üslubunda hazırlanan səhnə əsərində tamaşaçılar da oyunun bir hissəsinə çevriləcək və Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanları ilə birgə unudulmaz bir gün yaşayacaq.

Tamaşanın premyerası 22 oktyabr tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə