Xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları həmişə sevə-sevə dinlənilən görkəmli bəstəkar, xalq artisti Cahangir Cahangirovun anadan olmasının 95 ili tamam olur. SİA-nın verdiyi xəbərə görə, Cahangir Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. O, əməkdar incəsənət xadimi, xalq artisti, SSRİ dövlət mükafatı laureatına layiq görülüb.
Cahangir Cahangirov 1992-ci ilin martın 25-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB