“Ünvansız qatar”

Yazıçı-dramaturq Əli Əmirlinin yeni, "Ünvansız qatar" əsəri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Ə.Əmirli yeni əsərini Dağlıq Qarabağ münaqişəsinə həsr edib.

Bildirilib ki, "Ünvansız qatar" əsərində hadisələr Dağlıq Qarabağ münaqişəsi kontekstində cərəyan edir və münaqişəyə yeni bir ampluadan səhnə həlli veriləcək.

Tamaşaya əməkdar incəsənət xadimi rejissor Bəhram Osmanov quruluş verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə