Ufuk Turganer Turizm və Menecment Universitetinin qonağı olub FOTOLAR

Ufuk Turganer Turizm və Menecment Universitetinin qonağı olub FOTOLAR

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin təmsilçisi xanım Ufuk Turganer Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olub. SİA-nın verdiyi xəbərə görə, ATMU-nun rektoru professor Cəfər Cəfərov görüş zamanı bildirib ki, ölkələrimiz arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələri möhkəm təməllər üzərində qurulduğundan daim inkişaf edir. Universitetin fəaliyyət dinamikası barədə məlumat verən rektor tədris-təlim-tədqiqat-təcrübə modelinin ixtisaslı kadr hazırlığı prosesində əhəmiyyətli rol oynadığını deyib. Eyni zamanda ATMU-nun Şimali Kipr Türk Cümhuriyyətinin nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrinin səmərəli olduğunu, universitet tələblərinin yay tanışlıq təcrübəsinin təşkilindən faydalandıqlarını diqqətə çatdırıb. Rektor C.Cəfərov və KKTC-nin Bakıdakı nümayəndəliyinin təmsilçisi U.Turganer mövcud əlaqələr konteksində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər

Bütün xəbərlər Facebook səhifəmizdə