15 iyun Qurtuluş gününə həsr edilmiş fərdi rəsm sərgisi keçirilib FOTOLAR
Samux rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 15 iyun Qurtuluş gününə həsr edilmiş istedadlı gənc rəssam Xumar Kazımlının 5 gün davam edən fərdi rəsm sərgisi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət 30-dan çox rəsm işi nümayiş olunur. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib.
Qeyd edək ki, Xumar Kazımlı Nizami qızı Samux rayon İnstitut qəsəbəsində yaşayır. Samux rayon İnstitut qəsəbə tam orta məktəbin 7- ci sinif şagirdidir. Rəssamlıq Məktəbində təhsil alan gənc rəssam 6 yaşından rəsm çəkməyə başlayıb. Əsasən əsərlərində milli, vətəpərvərlik hisslərini daha çox nümayiş etdirir. Sərgi 15 iyuna qədər davam edəcək.
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB