Zaqatalada satış-sərgisi FOTOLAR

Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin, Rəsm qalereyasının təşkilatçılığı ilə yay mövsümündə rayonda turizmin inkişafına dəstək vermək, insanların asudə vaxtının təşkili, Rəsm Qalereyasının işinin, yerli rəssamların tanıdılması məqsədi ilə "Dədə Qorqud" meydanında hər gün qrafik əsasında rəsm əsərlərinin satış sərgisi təşkil olunur. SİA-nın verdiyi xəbərə görə, sərgidə yerli rəssamlar öz rəsm əsərlərini sərgiləməklə yanaşı açıq havada müxtəlif əsərlər yaradırlar. Sakinlərin və şəhərin qonaqlarının diqqətini cəlb edən sərgi mövsüm boyunca qrafik əsasında adları çəkilən yerli rəssamların rəhbərliyi ilə keçiriləcəkdir: Sərdari Afaq – bazar ertəsi, İsakova Gülzar – çərşənbə axşamı, Əfəndiyeva Məlahət – çərşənbə, Şabanova İlhamə – cümə axşamı, Məmmədov Çingiz – cümə, Cəlilov Oruc – şənbə, Həsənova Qəmər – bazar

Bütün xəbərlər Facebook səhifəmizdə