Prezident İlham Əliyev gənc istedadları xüsusi təqaüdə layiq görüb

Prezident İlham Əliyev gənc istedadları xüsusi təqaüdə layiq görüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi xəbərə görə, sərəncama əsasən musiqi sahəsində xüsusi istedadı olan 10 gəncin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılacaq və onlara xüsusi aylıq təqaüd veriləcək.

Xüsusi istedadı olan bu gənclər müxtəlif musiqi məktəblərində təhsil alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə