Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında, Bakıda ilk dəfə "Keloğlan nağılları" müzikl-tamaşanın təqdimatı keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya bildirilib ki, yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa rəqsləri, qəhrəmanları, həyəcan verici mövzusu ilə uşaqlara, həmçinin də böyüklərə möhtəşəm əyləncə vəd edir.
Tamaşanın süjet xətti belədir: Nağıllar kəndində illərcə alma şəkəri festivalı keçirilsə də Qara vəzirin qorxusundan bu festival yasaqlanır. Bunu öyrənən Keloğlan və dostları, Qara vəzir və mühafizəçilərinə baxmayaraq alma şəkəri festivalını reallaşdırmağı qərarlaşdırırlar. Onların bunu bacarıb-bacarmayacağını uşaqlar interaktiv müzikl-tamaşaya baxdıqdan sonra öyrənə biləcəklər.
Qeyd edək ki, teatr oktyabrın 15-də, saat 12:00 və 15:00-da başlayacaq. Müzikl-tamaşanın biletlərini şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB