“Kurdlar Vadisi Pusu”nun aktyoru yerli filmə çəkildi FOTOLAR

“Kurdlar Vadisi Pusu”nun aktyoru yerli filmə çəkildi FOTOLAR

Run Film və Turan Film yeni film çəkilişinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, "Ol" adlanan filmin rejissoru Faiq Məmmədov, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu operatoru Ramin Babayevdir. Ssenari muəlifi isə Namik Ağayev və Fikrət Məmmədovdur.

Əsas rollara Namiq Ağayev, Fikrət Məmmədov və Vüsalə Ağayeva çəkilir. Filmdə həmçinin "Kurdlar Vadisi Pusu" serialında çıxış edən tanınmış türk aktyoru Tuncer Salman da rol alıb.

Filmin quruluşçu rəssamı Reza Fallahian İrandan dəvət olunub. Rza həm də qrim ustasıdır. O həmçinin geyim məsələlərinə də nəzarət edir.

Aktyorlar ssenariyə əsasən taninmaz dərəcədə xarici görünüşlərini dəyişiblər. Namiq Aqayev saçını qırxdırıb. Filmdə Namikin tərəfmuqabili elə öz həyat yoldaşı Vüsalə Ağayevadır.

Film tragikomediya janrindadır. Tamaşaçı film içində bir filmə tamaşa edəcək. Ssenari iki yaradıcı insandan –aktyor və rejissor olan I ki qardaşdan bəhs edir.Filmin əvvəlində uğursuzluğa düçar olan qardaşlar sifarişçi tərəfindən döyülüb , küçəyə atılır. Və bütün hadisələr bundan sonra başlayır. Uğursuzluğa baxmayaraq, onlar filmi sona çatdırmağa çalışırlar. Çəkilişlərin 15 gün ərzində yekunlacaq.

Filmin nümayişi payızda baş tutacaq .Həm Azərbaycanda , həm də xaricdə nümayiş olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə