Xalq rəssamının 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbində Azərbaycan Xalq Rəssamı, Dövlət mükafatı laureatı Maral Rəhmanzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi açılıb. Baş İdarədən SİA-ya bildirilib ki, tədbirdə görkəmli rəssamın həyat və yaradıcılığı haqqında məlumat verilib.
Əməkdar rəssam Rəfael Muradov Maral Rəhmanzadə haqqında xatirə və fikirlərini bölüşüb.
Tədbir rəssamın fotolarından, rəsm əsərlərindən ibarət slayd və onun haqqında çəkilmiş "Rənglərin sehrli dünyası" sənədli filmindən fraqmentlər nümayiş olunub.
Sonda iştirakçılar sərgi ilə tanış olublar.
Sərgidə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdlərinin əl işləri nümayiş ediblər.

.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB