“Multikulturalizm ili” çərçivəsində konsert keçirilib FOTOLAR

“Multikulturalizm ili” çərçivəsində konsert keçirilib FOTOLAR

"Multikulturalizm ili" çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına 6 nömrəli onbirillik uşaq incəsənət məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, məktəbin xalq çalğı alətləri orkestrinin müşayiəti ilə təşkil olunan konsert Azərbaycan Bəstəkarlar İttifaqında baş tutub. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının bir sıra musiqi əsərlərindən nömrələr səsləndirilib. Belə ki, V.Adıgözəlovun "Bayram süitası", F.Əmirovun "Aşıqsayağı", T.Quliyevin "Göl qırağında", A.Məlikovun "İki qəlbin dastanı", F.Şopenin "Vals", P.Çaykovskinin "Noktürn", D.Şostakoviçin "Vals-şutka" və başqa musiqi əsərləri ifa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə