Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Üç gün və bir ömür" tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb. SİA-nın verdiyi xəbərə görə, filmin süjet xətti doğma rayonu işğal edilərkən həbsxanada olan şəxsin azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarmağından bəhs edir.
Psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və digərləri canlandırırlar.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB