Nazir Samuxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu FOTOLAR

Nazir Samuxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu FOTOLAR

Samux rayonunda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev daha sonra rayonda yerləşən mədəniyyət müəssisələrinə baş çəkib. SİA-nın verdiyi xəbərə görə, ilk olaraq Samux rayon Mərkəzi kitabxanasına gələn nazirə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının daha da artırılması məqsədilə həyata keçirilən işlər haqqında geniş məlumat verilib. Kitab fondu barədə ətraflı məlumat alan Əbülfəs Qarayev bu il də kitabxananın lazımi yeni ədəbiyyatla təmin olunacağını bildirib.

Əbülfəs Qarayev sonra Samux rayon uşaq musiqi məktəbinin fəaliyyəti ilə tanış olub. Nazir təhsil ocağında yaradılan şərait, tədris vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlanıb. Məktəbin şagirdləri musiqi parçaları ifa ediblər.

Nazir hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə