Koreyanın Seul şəhərində keçirilən "KOTFA 2016" öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, sözügedən sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov habelə, "Silk Way travel" və "Geo-travel" turizm şirkətləri təmsil olunur.
Beynəlxalq sərgidə ölkəmizin turizm imkanlarını əks etdirən 27 m² sahəsi olan milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub.
Sərginin ilk günü təşkilatçılar tərəfindən B2B formatında iştirakçılar üçün ümumi görüş keçirilib.
Qeyd edək ki, sərgi iyunun 12-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB