Küveytin “Al Jarida” qəzetində Azərbaycanın turizmi

Küveytin “Al Jarida” qəzetində Azərbaycanın turizmi

Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən turizm nümayəndəliyi olan "Atlantis Holidays" şirkətinin təbliğat işləri nəticəsində Küveytin "Al Jarida" qəzetində Azərbaycanın turizm imkanları haqqında məqalə yayımlanıb. SİA-nın verdiyi xəbərə görə, məqalədə müəllif Azərbaycan haqqında yüksək fikirlər qeyd edib. Bildirib ki, təbii məkanlarla zəngin Odlar Yurdu-Azərbaycan, Küveyt turizmi üçün ən yaxşı nümunə hesab oluna bilər.

Müəllif Heydər Əliyev adına Beynəlxalq Hava Limanını müasir infrastrukturu ilə dünyanın ən yaxşı hava limanlarından biri kimi qiymətləndirib.

Məqalədə Azərbaycan təbiəti, musiqisi, milli mətbəxi, mədəniyyət və tarixi haqqında ətraflı məlumatlar qeyd olunub. Həmçinin, Bakı küçələri, Yanardağ və Palçıq vulkanları da əhəmiyyətli turistik məkanlar kimi qeyd edilib.

Bakının simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin möhtəşəm memarlıq nümunəsi olduğu bildirilir.

Müəllif Azərbaycanda keçirilən bayram, festival və beynəlxalq tədbirlər haqqında da geniş məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə